COP29

Konfrans Liqasında mübarizəyə başlayan 3 klubumuz üçün ÜÇ TƏHLÜKƏ

25 İyul 19:20 Azərbaycan Futbolu 1 412
Konfrans Liqasında mübarizəyə başlayan 3 klubumuz üçün ÜÇ TƏHLÜKƏ

Bu gün 3 klubumuz Konfrans Liqasında mübarizəyə başlayacaq.

Təmsilçilərimiz arasında arvokuboklara ən erkən start verən, Avropa Liqasında "Şerif" səddinə ilişərək Konfrans Liqasında mübarizəyə davam etmək məcburiyyətində qalan "Zirə" "Dalğa Arena"da Slovakiyanın "DAK 1904" kollektivini qəbul edəcək.

"Qartallar" cütün ilk matçında ciddi itki ilə çıxacaq. "Şerif"lə Bakıdakı qarşılaşmada qırmızı vərəqə alaraq meydandan qovulan Salifu Suma bu gün meydanda olmayacaq. Hər nə qədər "Şerif"ə məğlubiyyətə görə afrikalı legioneri qınasaq da, onun moldovanlarla hər iki matçda da yaxşı performans sərgilədiyini də unutmaq olmaz. O, aldığı qırmızı vərəqə ilə təkcə "Şerif" yox, həm də "DAK 1904"lə matçda yoldaşlarını pis duruma salmış oldu.

Günün digər ev matçında "Sumqayıt" Macarıstan "Fehervar"ını qonaq edəcək. Tarixində üçüncə dəfə avrokuboklarda iştirak edən "kimyaçılar" da meydana çox ciddi itki ilə çıxmalı olacaq. Belə ki, Türkiyə toplanışının son günündü mərkəz müdafiəçisi İsa Sülimani ağır zədə aldığı üçün komandasına kömək edə bilməyəcək. Pakistan millisinin üzvü olmadan baş məşqçi Samir Abasov hətta sistem dəyişikliyinə belə (5-li müdafiədən 4-lü müdafiəyə keçid) gedə bilər.

"Sumqayıt" və "Zirə"dən fərqli olaraq "Sabah" səfər meydanında ilk matçına çıxacaq.

"Tələbələr"in rəqibi "Makkabi"dir. İsraildə davam edən müharibə səbəbindən Hayfa klubu "Sabah"ı Macarıstandakı "Varkert Sportpalya" stadionunda qəbul edəcək. Masazır klubunda məşqçilər korpusunu narahat edən Anatoli Nuriyevin yoxluğudur.

Əməliyyatdan qayıdan "9 nömrə" hələ də özünü narahat hiss edir. Qarşılaşmada iştirak edib-etməyəcəyi isə oyun saatında bilinəcək.

Həqiqətən də hər üç futbolçu bu gün meydanda olmaqla komandasına çox böyük fayda verə bilərdi. Ümid edək ki, yoldaşları meydandakı mübarizələri ilə onların yoxluğunu unutdura biləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?