COP29

COP29 Azərbaycan Premyer Liqasının gedişatına təsir edəcəkmi?

22 İyul 01:10 Azərbaycan Futbolu 477
COP29 Azərbaycan Premyer Liqasının gedişatına təsir edəcəkmi?

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbiri futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına təsir etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.

COP29 tədbiri noyabrın 11-dən 22-dək keçiriləcək. PFL rəsmisi bildirib ki, həmin müddətdə ölkədə futbol yarışı keçirilməyəcək:

“Bu məsələ ötən mövsümün gedişindən müzakirə edilir. COP29 zamanı I Liqa, II Liqa, Əvəzedicilər Liqası və Azərbaycan Kubokunun matçları baş tutmayacaq.

Premyer Liqaya gəldikdə, həmin vaxt milli komandaların görüşlərinə görə çempionatda fasilə olacaq.

Bir sözlə, COP29-un Azərbaycan Premyer Liqasına hər hansı təsiri olmayacaq. Bütün bunlar təqvimdə öz əksini tapacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?