COP29

Premyer Liqa klublarının unutduğu sabiq və indiki milli üzvləri kimlərdir? - SİYAHI

20 İyul 21:00 Azərbaycan Futbolu 2 255
Premyer Liqa klublarının unutduğu sabiq və indiki milli üzvləri kimlərdir? - SİYAHI

Azərbaycan Premyer Liqasında 2024-2025 mövsümünün startına 2 həftədən az vaxt qalır.

Artıq ölkə xaricində olan klublarımız da hazırlıqlarını başa vurub vətənə qayıtmağa hazırlaşır.

Yeni sezona heyətlə bağlı tədarükün başa çatdığını demək olar.

Kimlərin harada başlayacağı məlumdur.

Amma karyeralarında qeyri-müəyyənliyin olduğu adlar da yox deyil.

Bu dəfə sizə onları təqdim edəcəyik.

Belə ki, ötən mövsüm kifayət qədər normal oyunlar keçirən 10-a yaxın yerli futbolçumuz hələ də klubsuzdur.

Özü də hamısı ya indiki, ya da sabiq milli üzvləridir.

Eddi İsrafilov - 31 yaşlı yarımmüdafiəçinin son klubu "Neftçi" olub. Ötən mövsüm meydana çıxdığı 25 oyunda 1 qolla yadda qalıb. Hazırda da milli komandamızın üzvü sayılır.

Turan Manafov - "Neftçi"nin yetirməsi "Araz Naxçıvan"dan ayrıldığı dəqiqdir, lakin yeni klubu yox. 25 yaşlı cinah müdafiəçisi ötən mövsüm Muxtar Respublika təmsilçisində meydana çıxdığı 36 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Orxan Əliyev - "Araz Naxçıvan"ın daha bir sabiq üzvü. 28 yaşlı forvard arxada qoyduğumuz mövsüm bu klubun bombardiri olmağı bacardı. 36 oyunda forma geyinib və 13 qol, 4 məhsuldar ötürmə ilə önə çıxıb. Xidmətində bir neçə klub maraqlı olsa da, hələki müsbət nəticə hasil olmayıb.

Kamran İbrahimov - "Kəpəz"dən son anda ayrılan qolkiper başa çatan mövsüm 7 matçda forma geyinib. "Neftçi"nin yetirməsi olan 25 yaşlı kiperə maraq göstərən yoxdur.

"Kəpəz"dən ayrılan digər futbolçu Amil Yunanov oldu. 2023/24 sezonunun ilk yarısını "Səbail"də keçirən 31 yaşlı forvard ümumilikdə 29 matç keçirib və 7 qol, 3 asistlə yadda qalıb. Hazırda klubsuzdur.Səlahət Ağayev - "Səbail"dən ayrıldı "Neftçi"yə keçidi son anda baş tutmadı. 33 yaşlı kiperə maraq göstərən digər klub "Turan" olmuşdu. Lakin hələ də ortada real nəticə yoxdur. O, bayıl təmsilçisində 32 oyunda meydana çıxıb.

Orxan Sadıqlı - Bir illik müqaviləsi olsa da "Sumqayıt" onunla yolları ayırmaq qərarı verdi. Mövsüm boyu cəmi 4 matçda meydana çıxın 31 yaşlı kiper indi yaxın duran yoxdur. Deyəsən, "Xəzər Lənkəran"ın yetirməsi ya karyerasını başa vuracaq, ya da aşağı liqa klublarından birinə üz tutmalı olacaq.

Tərlan Quliyev - Son iki mövsümü "Turan Tovuz"da keçirən sabiq milli üzvü də klubsuz qalanlar sırasındadır. Ötən mövsüm 4 matçda meydana çıxan 33 yaşlı müdafiəçi "Neftçi"nin yetirməsidir. O, karyerası ərzində "ağ qaralar"la bərabər "Qarabağ"da da forma geyinib.

Araz Abdullayev - Müstəqillik tariximizin ən istedadlı futbolçularından biri, bəlkə də birincisi hesab olunan vinger yenə heç kimə lazım deyil. Uzun fasilədən sonra bu ilin martında "Zirə" onu sıralarına qatmışdı. 4 matçda Rəşad Sadıqov 32 yaşlı vingerin xidmətinə ehtiyac duymuşdu. Bu, bəlkə də onun böyük futbola qayıdışı üçün son şansı idi. Lakin sabiq milli üzvü fürsəti yetərincə dəyərləndirə bilmədi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?