COP29

Ölkə xaricinə yola saldıqlarımızın ACI AQİBƏTİ

17 İyul 16:00 Azərbaycan Futbolu 904
Ölkə xaricinə yola saldıqlarımızın ACI AQİBƏTİ

Ötən ilin bu günləri yerli futbolçuların bir-birinin ardınca ölkə xaricinə yollanmasına sevinirdik.

Axı müstəqillik illərdinə futbolumuz heç vaxt bu sayda oyunçunun legioner həyatı yaşamasına şahidlik etməmişdi.

Mahir Emreli daha əvvəldən "Dinamo"ya getmişdisə, ötən mövsümün sonu Ramil Şeydayev Taylandın Buriram Yunayted, Musa Qurbanlı isə İsveçin "Yurqerden" klubuna yollanmışdı.

Hələ bu harasıdır...

Digər 6 futbolçumuz isə Türkiyədə legioner həyatı yaşamaq üçün yola düşmüşdü.

Şahruddin Məhəmmədəliyev və Renat Dadaşov superliqa təmsilçilərindən "Adana Demirspor" və "Hatayspor", Coşqun Diniyev birinci liqa təmsiçilərindən "Ümraniyespor", Vüsal İsgəndərli "Boluspor", Sərtan Taşkın "Manisa", Bəxtiyar Həsənalızadə isə "Tuzlaspor"la müqavilə bağlamışdı.

Üzümüzdəki təbəssümün ömrü cəmi 1 sezon çəkdi.

Musa Qurbanlı həftələr öncə "Qarabağ"a qayıtdı.

Bəxtiyar Həsənalizadə "Araz Naxçıvan"ın uğurları üçün tər axıdacaq.

Bu ilin yanvarında Taylandı tərk edib Türkiyə təmsilçisi "Kocalespor"la anlaşan Ramil Şeydayev isə qarşıdakı 3 ili "Neftçi"nin sərəncamında olacaq.

Mahir Emreli və Şahruddin Məhəmmədəliyev isə "Qarabağ"la anlaşmanın astanasındadır.

Vüsal İsgəndərli vətən qayıtmağın planlarını qurursa, Sərtan Taşkın və Renat Dadaşov hələ də klubsuzdur.

İradə göstərib, mübarizə aparıb və diqqətləri üzərinə çəkib daha iddialı klublara keçəcəklərinə ümid etdiyimiz futbolçular yenə ən rahat yolu - vətənə qayıtmağı seçdilər.

Görünür, rəqabətə tab gətirmək, uzun müddət ölkə xaricində duruş gətirmək onların bacarıqları xaricində imiş.

Arasında hansısa üzrlü səbəbdən geri qayıdanı da ola bilər.

Amma istisnalar qaydanı dəyişmir də. Kütləvi evə qayıdışın adı kənardakı rəqabətdə ələnməkdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?