COP29

Bu regionda yeni komandalar yaradılacaq, böyük işlər görüləcək

8 İyul 22:20 Azərbaycan Futbolu 1 616
Bu regionda yeni komandalar yaradılacaq, böyük işlər görüləcək

Naxçıvan futbolunda yeni dönəm başlayır.

Zaur Axundovun yerli federasiyanın sədri postuna təyinatı ilə bu mərhələ start götürmüş hesab edilməlidir.

O, ölkənin futbol sektorunda uzun illərdir mövcudluğunu qoruyub saxlayan azsaylı iş adamlarından biridir. Böyük hörməti, güclü əlaqələri var. Sözü hər yerdə keçir.

Hazırda Naxçıvanın sosial həyatında yaxından iştirak edir, bir sıra yeni layihələrin icrası ona həvalə olunub. Muxtar Respublikada yeni iş yerlərinin yaradılmasında aktiv iştirakçıdır. Və indi də futbol.

Naxçıvanda son 10-15 ildə futbolun bir neçə rəhbəri olub.

Vüqar Abbasov ötən ilin yayında federasiyanın sədri postundan ayrıldı, yerinə yerli Həmkarlar İttifaqının sədri Qəzənfər Abdullayev gəldi, vəziyyət bir qədər də pisləşdi.

Axır 1 ildə qurum faktiki fəaliyyət göstəmədi, büdcə sıfırın altına düşdü. Adicə bir fakt: Naxçıvan 2023/2024-cü il mövsümündə Region Liqasının zona yarışlarını təşkil etmədi.

Pulsuzluqdan əziyyət çəkən bölgə futbolu üçün Zaur Axundov əsl tapıntıdır. O, iddialı şəxsdir, olduğu yerlərdə varlıq göstərməyə çalışan və bunu bacaran fiqurantdır.

Hər iş adamının idmana pul xərcləməyə əli gəlmir. Çoxu deyir ki, təki adım getsin, iki-üç manatla işləri yola verərəm.

Axundov o qəbildən olan insanlardan deyil. Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəf federasiyaya nəzarətin Zaur bəyə keçməsinə müsbət reaksiya göstəribsə, deməli, tezliklə burada mühüm işlərə start veriləcək.

Qurumun maddi çatışmazlıqları aradan qalxacaq, infrastruktur layihələri işlənəcək, region üzrə yeni komandalar yaradılacaq, daxili yarışlar bərpa olunacaq və s və ilaxır.

Bunların hamısını biz görəcəyik. Bəlkə də daha artığını. Zaur Axundov imkan verməz ki, adı çəkilən yerdə mənfiliklərdən danışılsın.

Bu yükü üzərinə götürübsə, öhdəsindən gələcək. Adam xaraktercə belədir: mən haradayamsa, orada da iddia var, güc var, iş var.

Ağıllı və düşünülmüş seçimdir. Kaş ki, bu təyinat daha əvvəl gerçəkləşərdi. Onsuz da, Naxçıvan futbolunun məsuliyyətini 1 ildir Axundov öz üzərinə götürüb. «Araz-Naxçıvan» nümunəsindən görürük bunu.

Doqquz illik aradan sonra Premyer Liqaya qayıdan klubun ağırlığı onun üzərindədir. Demək olar tək vuruşur meydanda.

Bölgədən olan əksər iş adamları «Araz»ı yarıyolda buraxıb getdisə də, Axundov ondan üz döndərmədi. Günü bu gün də «Araz»ın arxasındadır.

Ümumiyyətlə, Naxçıvan və «Araz» adı olan hər şey Axundova doğmadır. Doğulduğu, aid olduğu bölgənin ismini yaşatmaq kimi bir nəcib missiyanı yerinə yetirməkdədir. Həm futbolda, həm də futzalda.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?