COP29

AFFA: “Yaxın vaxtlarda bu vəzifəyə təyinat olacaq”

2 İyul 02:00 Azərbaycan Futbolu 457
AFFA: “Yaxın vaxtlarda bu vəzifəyə təyinat olacaq”

Premyer Liqada yeni mövsümün başlamağına cəmi bir ay vaxt qalsa da, Hakimlər Komitəsində başsızlıqdır.

Barış Şimşek bir müddətdir istefaya göndərilsə də, hələ də onun yerinə təyinat gerçəkləşməyib.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinə müraciət etdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən qurumun mətbuat katibi Elnur Məmmədli yaxın günlərdə təyinatın olacağını dedi:

"Hakimlər Komitəsinin sədri ilə bağlı danışıqlar davam edir. Hazırda danışıqlar prosesi olduğu üçün hər hansı ad açıqlamaq doğru olmazdı.

Yaxın vaxtlarda Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinat olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək".

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO