COP29

Görün, bölgə klubunu hansı təfəkkürdə adamlar idarə edir

30 İyun 21:15 Azərbaycan Futbolu 945
Görün, bölgə klubunu hansı təfəkkürdə adamlar idarə edir

“İmişli” yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.

Bölgə klubu sabiq baş məşqçisi Əsgər Abdullayevi gənc mütəxəssis Fərid Namazovla əvəzləyib.

Fərid Namazov karyerası ərzində "Səbail" və "Qarabağ"da məşqçi kimi çalışıb.

O, son olaraq isə Azərbaycan U-19 komandasında məşqçi kimi və eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi fəaliyyət göstərib.

Bura qədər hər şey normal.

Qəribə görünən isə onun təqdimatı üçün Tofiq Bəhramov adına Respublika stadionun seçilməsi olub.

İmişli təmsilçisi yeni baş məşçisi üçün təqdimat videosunu niyə Bakıda etsin?

Axı klubun özünün 8500 nəfərlik tutumu və Birinci Liqa səviyyəsində kifayət qədər yaxşı arenası var.

Digər üzücü məqam isə odur ki, 25 saniyəlik təqdimat videosunda "İmişli" ilə bağlı heç bir atributdan istifadə olunmayıb.

Bu, bir daha göstərir ki, komanda qeyri-peşəkar adamların iradəsilə idarə olunur.

Hələ aşağı liqada normal klub idarə edə bilməyənlər, sonra da durub Premyer Liqaya qayıtmaq hədəfindən danışır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?