COP29

Rövşən Nəcəfdən xoş müjdə: "Klubların sayı artırılacaq"

13 May 19:40 Azərbaycan Futbolu 1 957
Rövşən Nəcəfdən xoş müjdə: "Klubların sayı artırılacaq"

Müzakirə olunan məsələlər çox idi. Sərxan müəllim (AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev nəzərədə tutulur - red.) press-relizi hazırlayıb təqdim edəcək.

Əsas qərar odur ki, biz qısa müddətdən sonra yenidən görüşəcəyik.

Bu il ərzində İcraiyyə Komitəsinin iclasları daha tez-tez keçiriləcək. Məsələlər çoxdur. Müzakirələr kifayət qədər zaman və səbr tələb edir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Milli komandamızın baş məşqçi məsələsi ilə bağlı sualı AFFA prezidenti qısaca belə cavablandırıb: “Milliyə baş məşqçi təyinatı qısa müddətdə olacaq”.

O, Premyer Liqada klub sayının artırılmadığını bildirib:

“Növbəti mövsümdə Premyer Liqada iştirakçı sayı artırılmayacaq. Bu, təkcə say artımı ilə bağlı olan məsələ deyil.

Zəruri olan infrastruktur, zəruri olan insan resursları, o cümlədən, hakimlər kifayət qədər olmalıdır. Klubların stadionları, bazaları olmalıdır.

Biz əsas hədəf olaraq Premyer Liqanını keyfiyyətinin artırılmasını istəyirik.

Gələcək mövsümlərdə klubların sayının artırılması məsələsinə yenidən baxılacaq və say artırılacaq.

Amma nə qədər artırılacaq, bu, bizim strategiyadan asılı olacaq. Hansı ki, qısa zamanda hazırlayıb ictimaiyyətə təqdim edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?