Minfutbol üzrə Azərbaycan çempionatında 2023-24 mövsümünə start verilib.
Dekabrın 5-də keçirilən 1-ci turun oyunlarında “Real Bakı” “Atəşgah”ı 4:3, “Birbaşa” “Abşeron”u 5:1, “Turan Qalaksi”ni 4:2, “Veteran” “Baku Fayr”ı 7:1 hesabı ilə məğlub edib.
Açılış turunun ikinci günündə ən maraqlı oyun “İnter”lə “Sumqayıt” arasında keçirilib.
Azərbaycan millisinin sabiq futbolçularından qurulmuş beynəlmiləl komandanın Sumqayıtdan olan həmkarlarına qarşı dueli azarkeşlərin ciddi marağına səbəb olub. Bakı Tennis Akademiyasında baş tutan qarşılaşmanı 100-dən artıq tamaşaçı izləyib.
Heyətində Rəşad Sadiqov, Rail Məlikov, Ruslan Əmircanov, Kamran Ağayev, Əfran İsmayılov, Rauf Əliyev, Elvin Məmmədov, Rahid Əmirquliyev, Cavid Hüseynov, Elhad Nəziri kimi məşhurların toplaşdığı “İnter” rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazanıb.
Oyunu canlı izləyənlər sabiq milli üzvlərinin topa hər toxunuşunu, həyəcanlı anları gördükcə ötən illərə qayıdaraq nostalji hislər yaşayıb.
“Qocalar”ın heyətində Rauf Əliyev dubl edib, Rahidlə Əfran hərəyə 1 qol vurub.
HƏBİB / SPORTİNFO.AZ