COP29

Yığmanın daha bir oyunçusu De Byazini "vurdu" - FOTO FAKT

26 Noyabr 2023 22:00 Azərbaycan Futbolu 1 577
Yığmanın daha bir oyunçusu De Byazini "vurdu" - FOTO FAKT

“Neftçi”nin futbolçusu Qara Qarayev onu milliyə dəvət etməyən yığmamızın sabiq baş məşqçisi Canni De Byazinin ittihamlarına cavab verib.

Təcrübəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

31 yaşlı futbolçunun reaksiyasına çoxsaylı dəstək kommentləri gəlib.

Futbolçumuza dəstək çıxanlar arasında "Qarabağ"ın sabiq qapıçısı Vaqner Silva, "Neftçi"nin fələstinli yarımmüdafiəçisi Ataa Caber, millimizin sabiq üzvü Araz Abdullayev kimi məşhurlar da yer alıb.

Yığmamızın Zaqreb "Dinamo"sundan çıxış edən legioneri Mahir Emreli isə yazdığı "Sağdan sağla qaldır, soldan solnan qaldır" rəyi ilə De Byazini ələ salıb.

Qarayev ona gülüş atıbsa, çox sayda izləyici onun şərhini bəyənib.

Görünür, Emreli italiyalı mütəxəssis nə zamansa Qarayevə məhz belə tapşırıq verməsinə eyham vurub.

Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canni De Byazi Qara Qarayevi niyə milliyə dəvət etməməsinin səbəbini açıqlayararkən bildirib ki, Qara Qarayev Bakıda Belarus üzərində qələbə qazandıqları matçda Ramil Şeydayev qol vurarkən sevinməyib.

Hətta yarımmüdafiəçi digər futbolçuların sevincinə də mane olmaq istəyib. De Byazi bununla bağlı həmin matçdakı görüntüləri də “Qafqazinfo”ya təqdim edib.

İşin gülməli tərəfi odur ki, əcnəbi çalışdırıcının təqdim etdiyi videoda Qara Qarayev ümumiyyətlə görünməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?