COP29

Bütün klubların rəhbərləri AFFA-ya çağırıldı – İCLAS OLACAQ

29 İyul 15:00 Azərbaycan Futbolu 2 127
Bütün klubların rəhbərləri AFFA-ya çağırıldı – İCLAS OLACAQ

AFFA rəhbərliyi ölkə çempionatında mübarizə aparan klublarla toplantı keçirəcək.

Yığıncaq Premyer Liqa, I Liqa və II Liqa təmsilçilərini əhatə edəcək.

Burada federasiyanın növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə irəli sürülən təkliflər müzakirəyə çıxarılacaq.

Bugünlərdə strategiyanın yazılması prosesində AFFA-nın üzvü olan qurumlardan, müxtəlif liqalarda yarışan peşəkar futbol klublarından, partnyor və sponsorlardan, media nümayəndələrindən, həmçinin futbol ictimaiyyətindən rəylərin alınması ilə bağlı qərar qəbul olunub.

Toplanan məlumatlar növbəti mərhələlərdə AFFA və əməkdaşlıq etdiyi şirkətlər tərəfindən analiz ediləcək.

Rəylərin toplanması məqsədilə 09.08.2024-cü il tarixində media nümayəndələri ilə görüş təşkil olunacaq.

İctimaiyyətdən gələcək strategiyanın yazılması ilə bağlı potensial təkliflər isə 05.08.2024-cü il tarixinədək qəbul olunacaq.

Hər bir şəxs aşağıdakı link vasitəsilə öz təklifini AFFA-ya təqdim edə bilər: https://forms.gle/Mdgp7RzgnA2eJinS9

AFFA-nın üzvü olan qurumlardan, müxtəlif liqalarda yarışan peşəkar futbol klublarından, həmçinin tərəfdaş və sponsorlardan rəylərin toplanması prosesi ilə bağlı məlumat ictimaiyyətə açıqlanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti