COP29

“Qarabağ”ın çox yaxşı skautları var, əla əcnəbi oyunçular gətirirlər"

21 Avqust 01:50 Azərbaycan Futbolu 877
“Qarabağ”ın çox yaxşı skautları var, əla əcnəbi oyunçular gətirirlər"

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və “Dinamo”nun qarşılaşmaları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, "Sportske novosti"yə danışan xorvatiyalı mütəxəssis Qurban Qurbanov barədə də fikirlərini bildirib:

"Dinamo”ya üstünlük verirəm, amma “Qarabağ” da çox yaxşıdır. Çempionatda üstünlüyü baxımından “Dinamo”ya bənzəyir, həm də avrokuboklarda yaxşı nəticələri var.

“Bayer”lə matçlarda nə qədər güclü olduqlarını göstərdilər, son dəqiqələrdə sözün əsl mənasında Avropa Liqasından uzaq qaldılar. “

Qarabağ”ın çox yaxşı skautları var, əla əcnəbi oyunçular gətirirlər. Avrokubok oyunlarında əsas heyət 2-3 yerli futbolçudan ibarətdir.

Bir vaxtlar “Riyeka” ilə çempion olmuş Marko Vesoviç hələ də Azərbaycan çempionunun sıralarındadır".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…