COP29

"Yeni dövlət proqramı qəbul edilməsə, futbolda heç bir irəliləyiş olmayacaq"

15 Avqust 15:00 Azərbaycan Futbolu 1 283
"Yeni dövlət proqramı qəbul edilməsə, futbolda heç bir irəliləyiş olmayacaq"

“Bu sahə ilə bağlı yeni dövlət proqramı qəbul edilməsə, heç bir irəliləyiş olmayacaq “.

“Dinamo“nun İdarə Heyətinin sədri Yaşar Seyidov Sportinfo.az-a açıqlamasında belə deyib.

Məlum olduğu kimi, AFFA futbolun inkişaf strategiyasının hazırlanması üçün “Double Pass” və “McKinsey & Company” şirkətlərinin nümayəndələri ilə onlayn formatda görüş keçirilib.

Prosesə yerli mütəxəssilərin cəlb olunması da qərara alınıb. Bu məqsədlə klub nümayəndələri, futbol adamlarına da öz təkliflərini yazılı şəkildə bildirmələri təklif olunub.

Yaşar Seyidov bu sahədəki 30 illik təcrübəsinə əsaslanaraq futbolun inkişaf strategiyasını hazırlayıb.

Təcrübəli futbol adamı artıq strategiyanı AFFA-ya da göndərib. İnkişaf planında tək nəzəriyyəyə əsaslanan yox, həm də Azərbaycan futbolunun real imkanları ilə uzlaşan tələb və təkliflər ortaya qoyulub.

II Liqada yarışan klubun rəhbəri hesab edir ki, bu sahədə problemlər və maneələr çoxdur, onların həlli isə ən yüksək səviyyədə iradədən asılıdır:

«AFFA təkbaşına heç nə edə bilməz. Federasiya, hansısa şirkət, yaxud mənim kimi şəxslər nə strategiya hazrılasaq belə, bunun icrası dövlətdən asılıdır.

Proqram qəbul edilməsə və hökümət qurumları arasında əlaqələndirmə institutu işləməsə, futbolun inkişafı qeyri-mümkündür.

Mən bunu 30 illik təcrübəmə əsasən söyləyirəm. Hamımız başa düşməliyik ki, sponsorlar bu sahəyə maraq göstərmir.

Onlarda futbola sərmayə buraxmağa həvəsləndirmək lazımdır. Təbii ki, bu da yenə dövlətdən asılıdır.

Sponsor bilməlidir ki, futbola vəsait ayırsa, qarşılığında hansı dvidentlər alacaq. Bunun da yolları çoxdur.

Vergi güzəştləri, onlara uzunmüddətli kreditlərin ayrılması və sair kimi. Həmçinin klublara kredit verilməlidir.

Sponsor infrastruktur layihəsinə bir miqdar vəsait ayıracaqsa, qalan məbləği klub özü banklardan kredit şəkildə almalıdır.

Qərar qəbul olunmalıdır ki, həmin kredit dərhal geri istənməməlidir, onun qaytarılmasına bir neçə ildən sonra başlanmalıdır.

Bu gün əksər klubların nə stadionu, nə bazası, nə də avtobusu var. Deməli, dayanıqlıq yoxdur.

Problemin aradan qaldırılması istiqamətində addımlar sürətli və ardıcıl atılmalıdır. Ayı aya, ili ilə satmaq olmaz.

Mənim hazırladığım strategiya futbolun bütün sahələrini əhatə edir. Çox istərdim ki, irəli sürdüyüm təkliflər nəzərə alınsın.

Əgər belə olsa, əminəm ki, futbolumuz cəmi bir neçə il içində böyük inkişaf yolu keçəcək».

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…