“Qarabağ”ın əziyyəti yerdə qalmadı - Stadiondan “danışan” SON FOTOLAR

19 Aprel 19:40 Azarkeş 561
“Qarabağ”ın əziyyəti yerdə qalmadı - Stadiondan “danışan” SON FOTOLAR

Bir neçə dəqiqədən sonra Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” - “Neftçi” matçının start fiti çalınacaq.

Son illərdə məhz bu arenada keçiriləm Azərbaycan derbilərində bu cür ajiotaj müşahidə olunmayıb.

“Qarabağ”ın apardığı təbliğat kompaniyasının işə yaradığını deyə bilərik.

Stadionun giriş ərazisində azarkeşlərin rahatlığı üçün xüsusi guşə yaradıllb ki, burada pley-steyşn oyunu oynaya bilər, kofe və müxtəlif qidalarla aclığı və sususluğu təmin etmək mümkündür.

Matçı izləmək üçün stadiona xeyli sayda zərif cins nümayəndələrinin və azyaşlı futbolsevərlərin təşrif buyurduğunu da qeyd etməliyik.

Təqdim etdiyimiz fotolar oyuna olan maraqdan xəbər verir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!