“Turan”a artıq Tovuzda da inanmırlar... Buranı boşaltdılar

17 Aprel 00:40 Azarkeş 1 336
“Turan”a artıq Tovuzda da inanmırlar... Buranı boşaltdılar

Premyer Liqada ev oyunlarına ən çox azarkeş toplayan “Turan Tovuz” bu baxımdan mövsümün antirekorduna imza atıb.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisinin 30-cu turda “Sabah”la qarşılaşmasını 2500 tamaşaçı tribunadan izləyib.

Bu isə tovuzlu fanatların cari mövsümdəki ən zəif göstəricisidir. Halbuki bəzi klublarımız hələ ki, heç bir ev matçında bu qədər fanatı bir arada görməyib. Bunlar “Səbail”, “Zirə”, “Araz-Naxçıvan” və “Şamaxı”dır.

Bundan başqa, “Neftçi” 4 dəfə, “Sumqayıt”, “Kəpəz” 2 dəfə, “Sabah”la “Qarabağ” isə 1 dəfə doğma arenasında 2500-dən çox azarkeş önündə oynayıb.

Cari mövsümün ümumi azarkeş sayında da “Turan Tovuz” əlçatmazdır.

Kurban Berdıyevin yetirmələrinin 15 ev matçına ümumilikdə 67000 fanat toplaşıb. İkinci pillədəki “Neftçi” isə 16 görüşdə 38117 azarkeş görüb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!