
"Sumqayıt" ardıcıl ikinci görüşdə də məğlub oldu. "Araz-Naxçıvan"ın ardınca bu dəfə "kimyaçılar" doğma meydanda "Şamaxı" ilə bacarmadı - 1:2.
Qarşılaşmadan sonra meydan sahiblərinin fanatları qeydə alınan nəticəyə kəskin etiraz bildiriblər.
Hədəf isə baş məşqçi Vaqif Cavadov seçilib. "Kimyaçılar" azarkeş qrupu yanlarına gələn futbolçuları alqışlayan tərəfdarlar gənc mütəxəssisin ünvanın sərt formada "Vaqif hardasan, harda itib-batmısan" deyə şuar səsləndiriblər.
Cavadov isə oyun bitər-bitməz paltardəyişmə otağına yolladığı üçün tribunadan gələn çağırışdan xəbərsiz qalıb.
Maraq üçün bildirək ki, elə həmin azarkeş qrupu qarşılaşmanın gedişində "Vaqif, azarkeş sənə inanır" şüarını səsləndirərək dəstək nümayiş etdirməklə yadda qalmışdı.
Fanklubun qısa müddətdə təzad yaradan iki addımı hər kəsə qaranlıq qalıb.
SPORTİNFO.AZ