"Berdıyevi göndərmək lazımdır, yoxsa ..." - SƏRT TƏLƏB

9 Aprel 17:00 Azarkeş 789
"Berdıyevi göndərmək lazımdır, yoxsa ..." - SƏRT TƏLƏB

"Turan Tovuz"da uğursuz zolaq davam edir.

Bölgə klubu bu dəfə autsayder "Səbail"lə bacarmadı - 0:0.

Bununla da tovuzlu azarkeşlərin qələbə həsrəti 6 matça çatmış olub.

Avrokuboklara getmək hədəfi seçən komandanın mövsümün ən kritik dönəmində pis nəticələr göstərməsi artıq fanatların da səbr kasasını daşırıb.

Qəzəbli tərəfdarların bir çox hətta sona 7 tur qalmış baş məşqçi Kurban Berdıyevlə yolların ayrılmasını tələb edir.

Fanatların klubun rəsmi hesablarına yazdığı narazılıq dolu çoxsaylı şərhlərindən bəzilərini təqdim edirik:

"Oyun planı yoxdur. Nə oynadıqlarını bilmirik".

"Belə biabırçılıq olmaz".

"Avrokuboklar boş xəyaldır. Oturun yerinizdə. Liqada qalmaq uğurunda mübarizə aparan "Səbail"ə qol vura bilmirsənsə, Avropada nə işin var?".

"Belə oyun, belə oyunçularla Avropada ancaq biabır olarıq".

"Berdıyevi göndərmək lazımdır, yoxsa azarkeşlər belə oyuna baxmaqdan imtina edəcək".

"İkinci Liqa səviyyəsində oyun oldu. Berdıyevə və oyunçulara verilən pula çox heyf".

"Şükür edək ki, "Neftçi" və "Sabah" bu mövsümü zəif keçirir".

"Berdıyev bu komandanı pis günə qoydu".

"Turan" futbol yox, adamın əsəbləri ilə oynayır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...