
Azərbaycan millisi növbəti dəfə futbol ictimaiyyətinin əhvalını korladı.
Fernandu Santuşun gəlişindən sonra heç olmasa yoldaşlıq görüşlərində uğurlu nəticələrə sevinəcəyimizi düşünsək də, Avropa çempionunun da Azərbaycan futbolunun xilaskarı ola bilməyəcəyi dəqiqləşdi.
Məğlubiyyətlər bir yana, adamı özündən çıxaran dağ boyda yığmanın futbol oynaya bilməməsidir. Düz-əməlli ötürmə verə, hücum qura bilməyən futbolçulardan nəticə gözləmək yersizdir.
Martın 22-də Haitidən 3, üç gün sonra Belarusdan 2 cavabsız top buraxan ölkənin bir nömrəli futbol komandası öz meydanında biabır oldu.
Pərişan azarkeşlərin nə düşündüyünü, hansı hislər keçirdiyini bilmək üçün sosial şəbəkələrdə yazdıqları şərhləri oxumaq kifayət edir:
“Heç olmasa Azərbaycan bayrağından, himnimizdən utanın”.
“Abırsız adamlarsınız da. AFFA da batsın, futbolçular da, yexniki heyət də. O bayraq sizə haram olsun!”
“Kişiliyiniz çatırsa, rədd olub gedin millidən. Utanıb yerə girin, əclaflar”.
“Millimiz dünya futbolu tarixində ilk dəfə “poputi” taktikasını tətbiq edən ilk yığma komanda oldu”.
“Onsuz da millətin dərdi böyükdür. Siz də ayrı dərd olmusuz başımıza. Rədd olun, futbolun başını buraxıb özünüzə iş tapın”.
“İnstagram”da erməni dığaları da artıq bizimlə mırt tuturlar. Onların dilinə salmısız bizi”.
“Yazdığınız şərhlər onların vecinə deyil. Görəndə, heç oxumurlar da. Onları maraqlandıran pul qazanıb, bahalı həyat yaşamaqdır. Havayı pullardır, “yeyirlər”. Ona görə də vecimə də almıram”.
“Haitiylə Belarusa öz məşqçilərimiz də uduzardı. Bunun üçün Avropa çempionunu gətirməyə nə gərək vardı?”
“Başına bombalar yağan Fələstin qələbə qazanır, siz öz evinizdə Belarusa uduzursunuz. Ölün, yerə girin də”.
Azərbaycan millisi növbəti yoldaşlıq görüşlərini iyunda keçirəcək.
Ayın 7-də səfərdə Latviya ilə qarşılaşacaq yığma, iyunun 10-da Macarıstanı qəbul edəcək.
HƏBİB / SPORTİNFO.AZ