Millimiz bu gecə Sumqayıtda stadionu doldura bilməyəcək?

08:40 Azarkeş 2 275
Millimiz bu gecə Sumqayıtda stadionu doldura bilməyəcək?

Azərbaycan və Haiti yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa 1400 bilet satılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 2, 5 və 10 (VİP) manatdır.

Martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti