“Sportinfo”dan kömək istədilər: 8 milyon dollar ayrılıb, bəs niyə təhvil verilmir? - FOTOLAR

10 Mart 10:40 Azarkeş 1 021
“Sportinfo”dan kömək istədilər: 8 milyon dollar ayrılıb, bəs niyə təhvil verilmir? - FOTOLAR

Bir qrup qusarlı futbolsevər Sportinfo.az-ın redaksiyasına müraciət edib.

Onları qayğılandıran problem Şövkət Orduxanov adına Qusar şəhər stadionunun uzun illərdir diqqətdən kənarda qalmasıdır.

Məsələ ondadır ki, 1962-ci ildə istifadəyə verilən arena 9 il öncə sökülsə də, nəzərdə tutulan plan yarımçıq qalıb.

«İdman ocağı»nın tikintisi 10 aydır dayanıb. Bu səbəbdəndir ki, II Liqanın lideri olan «Şahdağ» ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirməli olur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:50 Çək və bizə göndər!