“Neftçi” və “Zirə” - Ən az...

26 Fevral 09:20 Azarkeş 907
“Neftçi” və “Zirə” - Ən az...

Premyer Liqada mövsümün tamaşaçı antirekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu, çempionatın 24-cü turuna təsadüf edib.

Belə ki, baş tutan 5 oyunda tribunalara ümumilikdə 1470 azarkeş toplaşıb. Bu isə mövsümün ən zəif göstəricisidir.

Buna qədər antirekord 17-ci turdakı 2770 tamaşaçı idi. Geridə qalan turda orta hesabla hər matçda 294 nəfər olub.

Bu tur eyni zamanda mövsümün ən az azarkeşinin toplaşdığı oyunla da yadda qalıb. “Araz-Naxçıvan”la “Səbail”in duelini cəmi 70 nəfər izləyib.

Naxçıvanlılar özlərinə məxsus olan 80 azarkeş antirekordunu yeniləyib.

Bundan başqa, “Neftçi” və “Zirə”nin də cari mövsüm ən az azarkeş topladığı ev matçı bu tura təsadüf edib.

“Ağ-qaralar”ın “Sumqayıt”la görüşündə 200, qəsəbə təmsilçisinin “Kəpəz”lə qarşılaşmasında isə 100 azarkeş olub.

Azarkeş sayında antrekordun qeydə alınmasında əla dəstəyi ilə seçilən “Turan Tovuz”un səfərdə oynaması rol oynayıb. Eyni zamanda hava şəraiti də tamaşaçıları tribunlardan “qaçaq salıb”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…