Bu, “Neftçi” və “Qarabağ” arasında oldu - Mövsümün yeni...

18 Fevral 08:40 Azarkeş 218
Bu, “Neftçi” və “Qarabağ” arasında oldu - Mövsümün yeni...

Premyer Liqada 2024/25 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu, “Neftçi” və “Qarabağ” arasında XXIII turda keçirilən Azərbaycan derbisinə təsadüf edib.

“Neftçi Arena”dakı görüşü 9355 seyrçi izləyib.

Bu, çempionatın arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici də eyni rəqiblərin eyni arenadakı qarşılaşmasında qeydə alınmışdı.

2024-cü il dekabrın 1-də keçirilən görüşü 7069 tamaşaçı seyr edib. Həmin matçda 3:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə bir qolla qalib gəlib.

Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”