COP29

Tovuzda “Şaxta baba” da stadiona gedir - VİDEO

27 Dekabr 16:00 Azarkeş 265
Tovuzda “Şaxta baba” da stadiona gedir - VİDEO

“Tovuzda “Şaxta baba” da stadiona gedir”.

Bu sözlər tanınmış jurnalist Ceyhun Rzayevə məxsusdur.

ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı bildirib ki, qərb rayonundan olan fanatlar Premyer Liqaya rəng və maraq qatır.

O deyib ki, “Turan” tərəfdarları komandanı ev və səfər oyunlarında daim dəstəkləyir.

Premyer Liqanın 2024/2025 mövsümünün ilk yarısında keçirilmiş 90 oyunda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 11:00 Burada öz yerini seç!
27 Dekabr 03:30 “Ondan təklif aldım”
27 Dekabr 03:20 Meydana çıxmadılar