COP29

Nazir “Qarabağ”ı misal çəkdi: “Bizdə də günah var”

26 Dekabr 20:20 Azarkeş 284
Nazir “Qarabağ”ı misal çəkdi: “Bizdə də günah var”

“Bizdə idman marketinqi yaxşı işləmir”.

Sportinfo.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.

O, yarışlara az azarkeşlərin gəlməsinə toxunub:

"Özümüz də çalışmalıyıq. Tədbirlər keçirəndə tamaşaçıların sayı az olur.

Təəssüflər olsun ki, gəlmirlər. Dünya və Avropa çempionatı keçirilir, dünya ulduzları gəlir, amma biz fanatları görmürük.

Bəzi ölkələrdə belə turnirlərə ailə üzvləri ilə birlikdə gəlirlər. Bu ənənənin ölkəmizdə də olmasını istəyirik.

Ən yaxşı misal futboldur. "Qarabağ"ın avrokubok matçlarında stadion dolu olur.

Amma çempionat matçlarına insanlar gəlmirlər. Deməli, onları düzgün dəvət etmirik.

Bizdə də günah var. İnsanları dəvət etməyi bacarmalıyıq.

Düşünürəm ki, idman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, xaricdən dəvət etməliyik".

Xəbər Lenti