Həftəsonu ölkədə müşahidə olunan şaxtalı hava şəraiti adamı sözün əsl mənasında kəsirdi.
Məsəl var, iti bağlasan, çöldə dayanmaz – bax, eyni həmin vəziyyət idi.
Buna baxmayaraq, futbol fədailəri olan azarkeşlər stadionların yolunu tutmuş, 90 dəqiqə tribunada dayanıb sevimli komandalarına dəstək verməyi özlərinə borc bilmişdilər.
“Neftçi”ylə “Kəpəz” azasındakı qarşılaşmada fanatların sayı əvvəlki oyunlarla müqayisədə az olsa da, stadionda dəstək hiss olunurdu.
Soyuq iliklərimizə qədər işlədiyi vaxtda “Kəpəz Ultras”ın üzvləri köynək və maykalarını soyunmaqla əsl fanatlıq nümayiş etdirdilər.
Təxminən 10 dəqiqə yarıçılpaq formada “Kəpəz”i dəstəkləyən azarkeşlərin hazırkı sağlamlıq durumunun nə yerdə olduğunu müəyyən etmək çətin olsa da, bunu eşitmək və oxumaq haqlarıdır – Sizə halal olsun!
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN