COP29

"Turan"da kütləvi narazılıq: "Berdiyevi yola salmaq lazımdır"

19:00 Azarkeş 319
"Turan"da kütləvi narazılıq: "Berdiyevi yola salmaq lazımdır"

"Turan Tovuz" Premyer Liqanın 15-ci turunu məğlubiyyətlə başa vurdu.

"Araz-Naxçıvan"ın qonağı olan bölgə klubu əsas rəqiblərindən birinə minimal hesabla uduzdu - 0:1.

Bununla da Berdiyev mövsümdə ikinci məğlubiyyətini də Elmar Baxşıyevin komandasından almış oldu.

Azarkeşləri narazı salan əsas məqam isə qələbə həsrətinin 4 matça çatması olub.

Qərb təmsilçisi sonuncu dəfə 3 xala oktyabrda sevinib.

Tərəfdarların uğursuz gedişatdan narazılığı sosial şəbəkələrdə aydın sezilir.

Belə gündə də komandasına dəstək olanlarla bərabər, çox sayda tovuzlu nəticələrdən narahatlığını ifadə edib.

Xüsusilə göstərilən məzmunsuz oyun qabardılıb. Bəzi fikirləri sizə təqdim edirik:

"Baba, mənə nağıl danış".

"İstefa".

"Baba, ay Baba, bu nədi?".

"Baba nağıllar danışmağa başlayıb".

"Qarşıda çox oyun var deyir. Hə, çox oyun var. "Zirə"nin "Turan"a çatması üçün var, bizim "Araz"a yox".

"İlk dəfə "Turan" azarkeşi olduğum üçün utandım. Bütün oyunçuların, məşqçilərin və rəhbərliyin yerinə utandım. Belə oyun olmaz. Çox xəcalət çəkdim".

"Qorxaq furbol oynayırıq. Son dəqiqələrdə hücuma çıxmaq yadımıza düşür".

"Deyəsən, yavaş-yavaş arxaya gedirik".

"Hünərimiz qalmayıb belə gedişlə, belə oyun və oyunçularla tarix yazmağa".

"Məncə, Berdiyevi yola salmaq lazımdır. Bir qəpiklik oyun yoxdur".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti