COP29

“Araz-Naxçıvan” “atıldı”

29 Oktyabr 2024 03:20 Azarkeş 2 528
“Araz-Naxçıvan” “atıldı”

Premyer Liqanın 11-ci turunda mövsümün antirekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan” – “Zirə” oyununu cəmi 80 azarkeş izləyib.

Bu, cari mövsüm ən az fanatın toplaşdığı qarşılaşma olub.

İndiyə qədər də antirekord “Araz-Naxçıvan”a məxsus idi. Naxçıvan təmsilçisinin 6-cı turda “Kəpəz”lə ev matçına 100 nəfər toplaşmışdı.

Muxtar respublikanı unudub Mərdəkanı özünə doğma məkan seçən komandanın aqibəti elə bu cür olmalı idi.

“Araz-Naxçıvan” – “Zirə” oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Xəbər Lenti
27 Yanvar 17:20 Bu da YAXŞI XƏBƏR deyil
27 Yanvar 02:40 "Ordu" məğlub oldu