COP29

Şamaxıda Ağayev "lənəti": “Bura gələn günün olmasın” - FOTO

19 Oktyabr 16:00 Azarkeş 4 490
Şamaxıda Ağayev "lənəti": “Bura gələn günün olmasın” - FOTO

Premyer Liqanın 10-cu turu çərçivəsində "Şamaxı" doğma meydanda "Araz Naxçıvan"ı qəbul edir.

Meydan sahibləri qarşılaşmaya ciddi itkilərlə çıxıb.

Belə ki, komandanın vazkeçilməz simalarından hesab edilən Belajdi Pusi, İlkin Muradov, Brahim Konate, Vasiliye Bakiç və Vasiliye Radoviç görüşü tribunadan izləyir.

Fanatlar sevimli futbolçularının yoxluğunu Əliyar Ağayevin ayağına yazıblar.

Bu barədə sonra...

Sonuncu iki legioner zədə səbəbindən oyunu buraxmaq məcburiyyətində qalıb.

Pusi və İlkin sarı vərəqə limitini doldurduğu, Konete isə qırmızı vərəqə cəzalısı olduğu üçün komanda yoldaşlarını tribunadan izləyir.

Maraqlısı odur ki, hər üç əcnəbi "Səbail"lə ötən turda aldıqları vərəqələr səbəbindən cəzalı duruma düşüblər.

Bayıldakı qarşılaşmanın baş hakimi isə məhz yuxarıda adını qeyd etdiyimiz Əliyar Ağayev olmuşdu.

Elə yerli azarkeşlərin start fitindən əvvəl FİFA referisinin ünvanına - "Şamaxı"nın düşməni", "Komandanı yanıüstə qoydu", "Bu legionerlər sənə görə tribunada oturub", "Şamaxıya gələn günün olmasın" deyə səsləndirdikləri sərt iradlar bundan irəli gəlirdi.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!