Azərbaycan yığması Slovakiya ilə səfərdə baş tutacaq Millətlər Liqasının oyununda dəstəksiz qalmayacaq.
Sportinfo.az xəbər verir ki, Koşitsedə reallaşacaq görüşdə təxminən 40-50 azərbaycanlı azarkeş olacaq.
Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayevin də millini stadiondan dəstəkləyəcəyi gözlənilir.
Sentyabrın 8-də Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçiriləcək Slovakiya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək.
Yığmamız Millətlər Liqasının C Liqasının I qrupunun ilk görüşündə, Tofiq Bəhramov adına Respublika stadionunda İsveçə 1:3 hesabı ilə uduzub.