COP29

Bakıda isveçlilərə xüsusi qulluq edən(lər) tapıldı - FOTO

6 Sentyabr 21:00 Azarkeş 618
Bakıda isveçlilərə xüsusi qulluq edən(lər) tapıldı - FOTO

Millətlər Liqasında yeni mövsümə start verildi.

Turnirin birinci turunda Azərbaycan millisi İsveçi qonaq etdi.

Fernandu Santuşun yetirmələrinin 1:3 məğlub olduğu matçı Tofiq Bəhramov adına Respublika stadionunda az sayda isveçli azarkeşlər də tribunadan izlədi.

Qonaqların sayı az olsa da, gördükləri diqqət, qayğı böyük olub.

Təbii ki, bunu meydan sahibi olaraq AFFA edib.

Belə ki, rəqib fanatların olduğu tribunanın üzərində böyük soyuducular qurlaşdırılıb.

Məqsəd İsveçdən paytaxtımıza qonaq gələn azarkeşləri oyunun gedişində fasiləsiz pivə ilə təmin etmək olub.

Qəribəsi odur ki, rəqib azarkeşlər üçün atılan addımın eynisi bizimkilər üçün edilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti