Premyer Liqanın üçüncü turu Qərb derbisi ilə yadda qaldı.
Gəncə şəhər stadionu təmirə bağlandığı üçün "Kəpəz" bu dəfə tarixi derbidə "Turan Tovuz"u onun meydanında qonaq etməli oldu.
Belədə Adil Şükürovun yetirmələri 0:3 darmadağın olduğu matçda özünü sözün həqiqi mənasında qonaq meydanında hiss etdi.
Lakin baş hakimin final fitindən sonra yaşananlar derbidən çox qardaşlıq, yoldaşlıq görüşünü xarakterizə edirdi.
Belə ki, gəncəli fanatlar arenanı tərk edərkən ağıllarına gəlməyəcək hadisə başlarına gəldi.
Yerli tərəfdarlar bir ağızdan "Kəpəz", "Kəpəz" şuarı səsləndirdilər.
Ayaq saxlayan qonaqlar qarşı tərəfin xoş jestini cavabsız qoymadılar.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: