COP29

“Bu məsələlərə laqeyid münasibət bəslədiyiniz üçün sizi qınayırıq"

21 Avqust 21:00 Azarkeş 745
“Bu məsələlərə laqeyid münasibət bəslədiyiniz üçün sizi qınayırıq"

Gəncəli azarkeşlər şəhərin məşhur veteran futbolçularından narazıdır.

Bu barədə Sportinfo.az-ın məktub qutusuna müraciət daxil olub.

Fanatlar komandanın maliyyə sıxıntısı yaşadığı çətin günlərdə onların səssiz kənarda oturmasını qınayıblar.

Müəyyən addımlar atmağa dəvət ediblər.

Etiraz məktubunu olduğu kimi sizə təqdim edirik:

"Gəncədə doğulub, Gəncədə futbola başlayan məşhur futbol veteranlarımız - Asif Əliyev, Maşallah Əhmədov, Yunis Hüseynov, Vəli Qasımov, Mahmud Qurbanov və digərləri doğma klubumuz "Kəpəz"in uzun illər çəkən və bu gün də davam edən çətin dövründə niyə qayğı göstərmirsiniz?

Məsələn, qrup şəklində AFFA-ya müraciət edib, klubun sponsorla təmin olunmasını xahiş edə bilərsiniz

Və ya digər problemlərin həlli üçün hansısa addımlar ata bilərsiniz.

Biz azarkeşlər bu məsələlərə laqeyid münasibət bəslədiyiniz üçün sizləri qınayırıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…