COP29

"Neftçi"dən VACİB ADDIM

8 Avqust 22:20 Azarkeş 2 983
"Neftçi"dən VACİB ADDIM

"Neftçi" rəhbərliyi azarkeşlərlə görüş keçirəcək.

Rəsmilərlə fanatların bir araya gəlməsi günlərdi planlaşdırılır.

Məqsəd yeni mövsümlə bağlı müzakirələrin aparılmasıdır.

Fanatların istək və tələbləri dinləniləcək.

Arada yaranmış soyuqluğun əsl səbəbləri araşdırılacaq.

Klub yeni mövsüm hər matçda azarkeşlərini yanında görmək istəyir.

Xatırladaq ki, ötən mövsümün gedişində tərəfdarlar bir neçə dəfə yanlış idarəçiliyə və uğursuz nəticələrə görə komandanın oyunlarını boykot etmişdi.

Görünür, yeni rəhbərlik oxşar halın növbəti dəfə baş verməsini önləmək istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti