COP29

Bu şəxsin Masazırda kefini pozdular, Zirəyə yollandı

6 Avqust 22:20 Azarkeş 1 246
Bu şəxsin Masazırda kefini pozdular, Zirəyə yollandı

"Sabah" - "Şamaxı" görüşünü izləyənlər arasında "şirlər"in sadiq fanatı Etibar Bayramov da yer almışdı.

Futbol ictimaiyyətinə yaxşı tanış olan sima "Zirə"nin üzvü Fuad Bayramovun atasıdır.

Əslən Şamaxıdan olan ata Bayramov bölgə klubunun bütün matçlarında tribunada yer alır.

Ənənəvi şuarlarla bu dəfə də yerini almışdı.

Lakin Masazırdakı matçın cəmi 37 dəqiqəsini izləməyə onun səbri çatdı.

Hesabın 0:2 olduğunu görən Etibar bəy arenanı tərk etdi.

Giriş-çıxış qapısında ona "bir dəfə arenanın ərazisini tərk edən geri qayıda bilməz" xəbərdarlığı edildi.

O isə "qanımızı qaraltdınız, daha hara qayıdırıq?" - deyə əsəbi tonda cavab verdi.

Hər zaman olduğu kimi bayraq və plakatla "silahlanan" tanınmış azarkeş Zirəyə üz tutdu.

Axı həmin gün axşam saatlarında "Zirə" "Səbail"i qəbul edəcəkdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti