"Şamaxı" Premyer Liqanın 1-ci turunda "Sabah"ın qonağıdır.
Masazırda keçirilən matçda bölgə klubu dəstəksiz qalıb.
Belə ki, "Bank Respublika Arena"nın qonaqlar üçün nəzərdə tutulan azarkeş tribunasında 1 nəfər olsun qonaq azarkeş yoxdur.
Amma bu da Ayxan Abbasovun komandasının mübarizə əzminə mənfi təsir etməyib.
Hazırda ikinci hissəsi oynanılan görüşdə bərabərlikdir.
"Şirlər" 0:2 geri düşdüyü matçda hesaba tarazlıq gətirə bilib.
XANOĞLAN / SPORTİNFO.AZ