Bugündən başlayaraq, gələn il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda 53 komanda seçmə mərhələdə növbəti görüşlərini keçirəcək.
Millimiz sentyabrın 9-da, saat 17:00-da "Dalğa Arena"-da güclü Belçika ilə qarşılaşacaq.
Yığmamız hazırda qrupda 1 xalla Estoniya ilə 4-5-ci yerləri bölüşdüyündən, bizim azarkeşlər üçün seçmə mərhələ maraqsız görünə bilər.
Lakin UEFA Millətlər Liqasının C divizionunda millimiz 10 xalla ən yaxşı 2-cilər arasında Luksemburqdan sonra 2-ci yeri tutduğundan, qrup liderləri Türkiyə, Yunanıstan, Qazaxstan və Gürcüstandan hər hansı ikisi seçmə mərləhədən birbaşa mundiala vəsiqə qazanarsa, Millətlər Liqasının C divizionun qrup liderləri ilə yarımfinal və final oyunları keçirərək, AVRO-2024-ə vəsiqə ala bilərik.
Bunun real olması çətin görünsə də, adlarını çəkdiyimiz yığmaların sərgilədiyi futbol komandamıza tarixi şansı bəxş edə bilər.
Qadir Zərbəliyev
Oxucu