Premyer Liqanın 35-ci turu çərçivəsində “Kəpəz” Qəbələdə “Neftçi”ni qəbul edir.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” səfər matçında dəstəksiz qalacaq.
Belə ki, sevimli komandalarının səfər oyunlarında futbolçuları tək buraxmayan “Forza Neftçi” Qəbələyə səfər etməyi lazım bilməyib. Görünür, bakılıların son oyunlardakı uğursuz nəticələri fanatların əhvalına “soğan doğrayıb”.
Maraqlıdır ki, klubun prezidenti Kamran Quliyev də bölgədə gözə dəymir. “Neftçi”nin rəhbəri şəxsi işləri ilə bağlı Bakıda qalmağı üstün tutub.
Quliyev “ağ-qaralar”ın “Turan Tovuz”a 0:4 hesabı ilə məğlub olduğu səfər görüşündə də Tovuza yollanmamışdı.
HƏBİB