COP29

Dünya futbolunda nadir rast gəlinən hadisə Azərbaycanda baş verdi - VİDEO

19 Avqust 11:40 Azarkeş 20 507
Dünya futbolunda nadir rast gəlinən hadisə Azərbaycanda baş verdi - VİDEO

Premyer Liqanın üçüncü turunda yeni mövsümün ilk derbisi baş tutdu.

«Kəpəz» və «Turan Tovuz» qərb duelində üz-üzə gəldi.

Tovuzda nominal ev sahibi kimi meydana çıxan «sarı-göylər» böyük hesabla uduzdu.

Xəyal Nəcəfov, Roderik Miller və Kristian da Silvanın vurduğu qollar «Turan»a 3:0 hesablı qələbə qazandırdı.

Matçdan sonra stadionda maraqlı anlar yaşanıb. Tovuzlu azarkeşlər meydanı üzgün halda tərk edən «Kəpəz»in futbolçularına ürək-dirək verib.

Onlar nümunəvi hərəkət edərək, gəncəli oyunçuları alqışlar altında paltardəyişmə otağına yola salıblar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti