UEFA İcraiyyə Komitəsinin Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda milli komandaların və klubların oyunlarının keçirilməsinə qadağa qərarı AVRO-2020-yə şamil olunmayacaq.
Sportinfo.az xəbər verir ki, UEFA regiondakı vəziyyətin qurum tərəfindən izləndiyini və qərarın gələn ilin iyun ayında Bakıda keçiriləcək AVRO-2020 matçlarına aid edilmədiyini açıqlayıb.