"Həmişə vəziyyəti izləyirik, amma Avropa çempionatının baş tutacağına tam əminik. Yarışı olduğu kimi keçirməyi planlaşdırırıq".
Sportinfo.az xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin "Movistar+" nəşrinə açıqlamasında 2021-ci ildəki Avropa çempionatının şəhərlərinin sayının koronavirusa görə azaldılma ehtimalına münasibət bildirərkən deyib.
Sloveniyalı funksioner deyib ki, Avropa çempionatı daha az ölkədə keçirilə bilər: "Deyə bilərəm ki, AVRO-2020-ni 12 əvəzinə 11 ölkədə də keçirə bilərik. Bu say 8, 5 və ya 1 ölkə də ola bilər".
Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.