COP29

"Artıq başqa variant yoxdur, hər şeyi müəyyənləşdirmək lazımdır"

12 İyun 2020 21:20 AÇ-2020 2 268
"Artıq başqa variant yoxdur, hər şeyi müəyyənləşdirmək lazımdır"

"UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında bütün məsələlərə aydınlıq gələcək. 2-3 şəhərlə bağlı suallar var".

Sportinfo.az xəbər verir ki, bunu "Match TV"yə açıqlamasında UEFA İcraiyyə Komitəsinin üzvü və AVRO-2020-nin Rusiya hissəsinin Təşkilat Komitəsinin sədri Aleksey Sorokin turnirə ev sahibliyi edəcək şəhərlər barədə danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, UEFA təşkilatçı şəhərlərin dəyişməyəcəyinə ümid edir: "İnanırıq ki, 12 şəhərin hamısı Avropa çempionatının oyunlarını qəbul edəcək. Hər şeyi müəyyənləşdirmək lazımdır. Artıq başqa variant yoxdur".

A.Sorokin istənilən şəhərin əlavə görüşlər keçirə biləcəyini də istisna etməyib: "Amma indi bu barədə danışmaq tezdir. İclası gözləmək lazımdır. Orada hansı şəhərin davam edib-etməyəcəyi bilinəcək".

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilin yayına təxirə salınan Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. Azərbaycan tərəfi UEFA-ya AVRO-2020-nin təşkil edəcəyinə dair dövlət təminatı verib.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti