UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərdən Londonun oyunları keçirməklə bağlı təminat verməməsi barədə Böyük Britaniyanın "The Times" nəşrində çıxan xəbərə aydınlıq gətirib.
Sportinfo.az xəbər verir ki, qurumun Mətbuat xidmətindən TASS-a bildirilib ki, UEFA 12 təşkilatçı şəhərlə daim əlaqədədir.
Yaxın günlərdə məsələ ilə bağlı əlavə məlumat veriləcəyi vurğulanıb. "The Times" yazıb ki, UEFA mayın 27-də keçirməli olduğu İcraiyyə Komitəsinin iclasını İngiltərənin paytaxtı Londonun Avropa çempionatı üçün hələ təşkilati təminat verməməsi səbəbindən təxirə salıb.
Ləngimə yerli hakimiyyətin zəmanəti təsdiqləməməsi ilə əlaqədardır. Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir.
İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.