COP29

"Biz müxtəlif variantları araşdırırıq, hələ qərar verilməyib"

3 May 2020 13:40 AÇ-2020 1 456
"Biz müxtəlif variantları araşdırırıq, hələ qərar verilməyib"

AVRO-2020-nin pley-offu, Millətlər Liqasının 2020/21 mövsümü və DÇ-2022-nin Avropa zonası üzrə seçmə oyunlarının taleyinə hələ aydınlıq gəlməyib.

Sportinfo.az xəbər verir ki, bunu UEFA açıqlayıb.

Qurumdan bildirilib ki, milli komandaların iştirakı ilə keçirilən bu turnirlərin koronavirus pandemiyası üzündən təxirə salınan, həmçinin baş tutması təhlükə altında olan oyunları barədə yekun qərar hələ də verilməyib:

“Biz müxtəlif variantları araşdırırıq. Lakin indiki mərhələdə heç bir qərar qəbul olunmayıb. Hazırda bu suallarla bağlı digər informasiyamız yoxdur”.

AVRO-2020-nin pley-off matçları martda baş tutmalı idi. Püşkatması martda keçirilən Millətlər Liqası sentyabr-noyabrda, DÇ-nin seçmə oyunları isə 2021-ci ilə planlaşdırılırdı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?