UEFA AVRO-2020-nin təxirə salınması ilə əlaqədar stadionlara ödəniləcək təzminatı açıqlamayacaq.
Sportinfo/az xəbər verir ki, bu barədə “RİA Novosti”yə qurumun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, müqavilələrə dair informasiya məxfiliyinə görə açıqlanmır.
AVRO-2020-nin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin UEFA-nın oyunları qəbul edən hər bir stadiona kompensasiya verdiyini söyləyib: "Stadionlar bir çox öhdəliklər götürüb, UEFA bu öhdəliklərin müəyyən şəkildə yerinə yetirilməsini kompensasiya edir".
Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.