COP29

AÇ-2020 rəsmən İTV və AZTV-də! - "CBC Sport" kənarda qaldı

5 Noyabr 2019 16:34 AÇ-2020 2 722
AÇ-2020 rəsmən İTV və AZTV-də!  -

İctimai Televiziya ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.

Sportinfo.az bir neçə gün öncə bu barədə xəbər vermişdi.

(https://www.sportinfo.az/idman_xeberleri/maraqli/70562.html)

İctimai TV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov bu haqda paylaşım edib.

"12 iyun-12 iyul tarixlərində keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq. Final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Avropa Futbol İttifaqının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası UEFA tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib".

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü