“Qalatasaray” “Arsenal”ın yarımmüdafiəçisi Jorjinyoya müqavilə təklif etmək niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “tuttomercatoweb.com” saytı məlumat yayıb.
İtaliya millisində çıxış edən braziliyalı futbolçu bu mövsüm “topçular”ın keçirdiyi 3 oyunun heç birində meydana çıxmayıb.
Jorjinyo Türkiyə klubunda “Napoli”dəki keçmiş komanda yoldaşları – icarə əsasında “Qalatasaray”a keçən hücumçular Dris Mertens və Viktor Osimhenlə yenidən bir araya gələ bilər.
32 yaşlı futbolçunun “Arsenal”la müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.
Türkiyədə transfer pəncərəsi sentyabrın 13-də bağlanacaq.