Türkiyə Super Liqasında XXXII tur davam edir.
Sportinfo.az xəbər verir ki, çempionluğa oynayan “Fənərbağça” səfərdə “Sivasspor”a qalib gəlib - 3:1.
İstanbul klubu hər üç qolu ilk hissədə vurub. Rəqib isə ikinci yarının sonlarında təsəlli qoluna imza ata bilib.
“Fənərbağça” 45+5-ci dəqiqədə İrfan Can Kahvecinin qırmızı vərəqə almasından sonra 10 nəfərlə mübarizə aparıb.
Qələbə sayəsində xalını 67-yə çatdıran “Fənər” ikincidir və bir oyun çox keçirdiyi “Qaılatasaray”dan üç xal geri qalır.