"Real"ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"a 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra İngiltərədəki atmosferdən məmnun qaldığını bildirib.
Sportinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan belçikalı qapıçı ikinci qol zamanı etdiyi səhvi də şərh edib:
"Liverpul"un vurduğu ikinci qol zamanı bir az bəxtim gətirmədi. Çünki mən topa nəzarət edirdim və dərhal ötürmə vermək istəyirdim.
Amma sonra gördüm ki, Salah artıq qarşımda dayanıb. Topu sağ ayağımla ötürməyə çalışsam da, dizimə dəydi və onun qarşısına düşdü.
İlk dəfə idi ki, Çempionlar Liqasında "Enfild"də azarkeş qarşısına çıxırdım.
"Liverpul" azarkeşlərinin Luka Modriç və Kərim Benzemanı alqışlaması bu insanların əla futbolçuları qiymətləndirdiyinin sübutudur".