UEFA-nın Avropa çempionatı oyunlarında azarkeşlərlə bağlı qərarını açıqlayacağı tarix dəqiqləşib.
Sportinfo.az "Welcome2020" nəşrinə istinadən xəbər verir ki, Avropa futbol qurumu 2021-ci il martın 5-də fanatlarla bağlı qərarını bəyan edəcək.
Qurum məsələ ilə əlaqədar 4 ssenarini nəzərdən keçirir: Stadionlar tamamilə dolacaq, tribunalara tutumun 50 faizinə qədər fanat buraxılacaq. 20 və ya 30 faiz azarkeşlər matçları izləyəcək və ya bütün qarşılaşmalar boş tribunalar önündə olacaq.
Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.