“Ayaks”ın baş məşqçisi Françesko Farioli Avropa Liqasının püşkatması barədə fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis qarşılaşacaqları rəqiblərdən yalnız 3-nü fərqləndirib.
35 yaşlı çalışdırıcı "Qarabağ"dan söz açmayıb:
“Latsio”ya rəqib olmaq xoşdur. Ona görə ki, doğma vətənim olan İtaliya klubu ilə qarşılaşacağıq.
Türkiyə klubları “Qalatasaray” və “Beşiktaş”ı da bəyənirəm. Türkiyə ilə bağlı gözəl keçmişim var. Ümumiyyətlə, yeni formatda bütün matçlar vacib olacaq”.
“Qarabağ”la “Ayaks” arasındakı görüş oktyabrın 24-ü Bakıda keçiriləcək.